Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq

18.08.2025

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "30-cu sahə" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq. pizza sifarişi


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью