Sakinlərin NƏZƏRİNƏ: Bakının bir qəsəbəsində qaz olmayacaq

05.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Təmir-quraşdırma işləri aparılan zaman Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 13:00-dan işlər başa çatanadək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı "Ceyranbatan" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью