Sakinlərin nəzərinə: Bakının bu yerlərindən ev almayın!

15.02.2025

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi insanlar istədikləri mənzilə qovuşduqdan sonra belə müxtəlif problemlərlə üzləşirlər. İlk baxışdan kifayət qədər sadə görünən proses gözlənilməz çətinliklər də yaradır. Yerin narahatlığı, kommunal xidmətlərin çatışmazlığı, yolların yararsız vəziyyəti kimi məsələlər mənzil sahiblərinin rahatlığını kölgə altına salır.

Bakının hansı hissələrindən ev almaq tövsiyə edilmir?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov qeyd edib ki, hazırda Saray, Masazır, Xırdalan kimi ərazilərdən ev alanların sayı artıb:

“Son iki ildə bu ərazilərdə satışa çıxarılan evlər də çoxalır. Orada yaşayan vətəndaşlar köçmək məcburiyyətində qalırlar. Əsas səbəb isə tıxaclardır. İnsanlar evlərinə gəlib-getməkdə çətinlik çəkirlər”.

Mülkədar Rüstəmov

Ekspert Xırdalan və Masazırda yol infrastrukturunun da inkişaf etmədiyini deyib:

“İnsanlara xüsusilə Saray, Mehdiabad, Novxanı, Biləcəri ərazisindən ev almağı tövsiyə edərdim. Qeyd etdiyim ərazilər daha əlverişlidir. Masazır və Xırdalandan ev almaq məsləhət deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью