Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

06.10.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabah Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

Belə ki, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью