Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

16.01.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, diametri 159 mm-lik qaz kəmərinin H.Aslanov küçəsindən keçən hissəsindən ayrılan, diametri 57 mm-lik qaz kəməri üzərinə Dş 50 mm-lik siyirtmənin quraşdırılması məqsədilə sabah saat 14:00-dan etibarən işlər yekunlaşana qədər İmişli şəhərinin bir hissəsində (ümumi 1000 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью