Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

30.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar mayın 30-da, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью