Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

18.01.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Sabah Bakının Keşlə qəsəbəsində su kəsiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində yanvarın 19-da gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью