Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə axşam qaz olmayacaq

04.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Yasamal rayonunun Tbilisi prospektində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 23:00-dan etibarən işlər yekunlaşana qədər qaz təchizatı dayandırılacaq. 
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə prospektin bir hissəsinin, "Şakir" MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью