Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabah Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri, həmçinin "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qazın verilişi dayandırılacaq. Pepperoni pizza
Belə ki, Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və "Fazenda yaşayış" massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.