Sakinlərin nəzərinə! Qaz kəsiləcək

05.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Modern.az-a "Azəriqaz" İB-dən bildirilib.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью