Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə işıq olmayacaq

23.09.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 23-də 35/10 kV-luq "Nəzərabad" yarımstansiyasından qidalanan 10 kV-luq "Şıxmahmud" hava elektrik xəttində təmir-bərpa işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bu səbəbdən sabah saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud, Xəlilli və Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq. pizza

Enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью