Sakinlərin NƏZƏRİNƏ: Sumqayıtda qaz olmayacaq

27.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək “Sumqayıt” QPS-dən qidalanan “Şəhər qazı-4(Sumqayıt)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatı dayandırılacaq. Saat 13:00-dan etibarən qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью