Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lerik rayonunun Bürsülüm kənd sakinləri yol problemindən əziyyət çəkirlər.
Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, kənddə şəraitsizlik səbəbindən sakinlər evlərini tərk edirlər.
"Yol pis vəziyyətdədir, ərzaq daşıya bilmirik. Qışda maşın ümumiyyətlə kəndə girə bilmir.
Yol, qaz probleminə görə hamı buradan gedir", - sakinlər söyləyiblər.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndin vəziyyətindən xəbərdardırlar və oraya yolun çəkilməsi üçün Dövlət Proqramı da var.
Lakin yolun çəkilməsi 2027-ci ildə nəzərdə tutulub. Daha ətraflı Baku TV-nin süjetində: Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az sayt