Sakinlərin yol probleminə məhəl qoyan yoxdur VİDEO

12.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində “Kərpic zavod” adlanan ərazidə yol və kanalizasiya şəbəkəsinin yoxluğu problemi yaşanır.

Avtosfer.az xəbər verir ki, bu ərazidə yaşayan sakinlər problemlə bağlı şikayət edirlər.Ərazidə çirkli sular yola axır, bu da həm nəqliyyatın, həm də piyadaların hərəkətinə ciddi çətinliklər yaradır. Yağmurlu havalarda isə vəziyyət daha da acınacaqlı olur. Sakinlər problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər etsələr də, vəziyyət dəyişməyib.

Daha ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью