Şakir paşanın ailəsi serialı məhkəməyə verdi

20.12.2024

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şakir Paşanın nəvəsi "Şakir Paşa ailesi" serialının yayımının dayandırılmasını tələb edib.

Axşam.az xəbər verir ki, o, məhkəməyə müraciət edərək ekran işi ilə bağlı onlardan icazə alınmadığını bildirib. Məhkəmə müraciətin əsassız olduğu qənaətinə gəlib.

Yayım şirkəti də məsələ ilə bağlı açıqlama yayaraq serial üçün icazə almalı olmadıqlarını deyib. Əlavə edilib ki, ekran işi Şakir paşanın ailə üzvlərindən birinin sözləri əsasında deyil, rəsmi məhkəmə sənədləri, çıxan xəbərlər əsasında lentə alınıb.

Qeyd edək ki, ekran işində baş rolları Fırat Tanış, Vahidə Perçin, Məryəm Üzərli canlandırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью