Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Şakira Carol G-nin "Mañana Será Bonito" turunun nəticələrini geridə qoyaraq yeni rekor
Şakira Meksika və Cənubi Amerikada verdiyi 21 konsertdən 130 milyon dollar qazanıb.
Bu, Carol G-nin 29 şoudan 125 milyon dollarlıq əvvəlki rekordunu təzələyib.
“Cebheinfo.az”-ın “Billboard”-a əsasən məlumatına görə, Şakiranın turu dünya reytinqində ikinci yeri tutaraq “2025 Midyear Boxscore Report”-un “Top 10”-una daxil olan yeganə Latın Amerikası şousudur.
Ötən həftə Monrealdakı “Bell Center”-də səhnədə "Whenever, Wherever" hitini ifa edən müğənni sürüşüb yıxılıb, lakin tez ayağa qalxaraq ifasını davam etdirib.
Həmin an bir fanat tərəfindən “Instagram Stories”-də yayımlanan videoda əks olunub.
Fanatlar və tənqidçilər Şakiranın peşəkarlığını qeyd ediblər.
Sosial şəbəkələrdəki şərhlərdə onun “vəziyyəti rəis kimi idarə etdiyini” və dözümlülük nümunəsi olduğunu yazıblar.