Şakira heyranlarını bikinili fotoları ilə sevindirdi | Icma.az
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda 48 yaşlı kolumbiyalı müğənni Şakira “Las Mujeres Ya No Lloran” (“Qadınlar artıq ağlamır”) adlı dünya turunda çıxış edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu tur 2025-ci ilin sonuna qədər davam edəcək və artıq onun karyerasında həm mədəni, həm də iqtisadi fenomenə çevrilərək ən uğurlu layihəsi olub.
İşlərinin çoxluğuna baxmayaraq, o, okean dalğaları fonunda çimərlikdə poza verib.
Fotolarda kolumbiyalı ulduz parıltılı bürünc rəngli, saçaqlı və muncuqlu bikini geyimində əks olunub.
“Meksikada çimərlikdə yabanı qadın,” – deyə müğənni fotonun altına qeyd edib. Şakira möhtəşəm görünür və bu, təəccüblü deyil.
Çünki o, aktiv şəkildə idmanla məşğul olur və rəqsi çox sevir.
Müğənni həftədə 5-6 gün şəxsi məşqçinin rəhbərliyi altında məşq edir, kardio və güc hərəkətlərini birləşdirir.
Tam oxu
Xəbəri oxu