Şakira konsertini təxirə saldı?

27.04.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kolumbiyalı müğənni Şakiranın Rio-de-Janeyroda verəcəyi konsert öncəsi səhnə qurulumu zamanı baş verən istehsalat qəzasında bir texnik həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, NTV-nin xəbərinə görə, məşhur ifaçının Braziliyada keçirəcəyi konsertdən əvvəl faciə baş verib. 

Rio-de-Janeyro şəhərində təşkil olunacaq pulsuz konsert üçün səhnə qurularkən bir texnik həyatını itirib.

Şəhərin yanğınsöndürmə xidməti tərəfindən verilən məlumata əsasən, səhnə texniki istifadə olunan qaldırıcıda sıxılıb.

Bildirilib ki, sıxılmadan sonra onun ayaqlarında və aşağı ətraflarında ciddi əzilmələr yaranıb.

Səlahiyyətlilər texnikin sıxıldığı yerdən çıxarıldığını və xəstəxanaya çatdırıldığını, lakin xilas edilə bilmədiyini açıqlayıb.

Konsertin təşkilatçısı Bonus Trak şirkəti də açıqlamasında “Təəssüf ki, texnik xəstəxanada həyatını itirdi” ifadələrini işlədib.

Qruplar Kolumbiyalı müğənninin dünya turnesi çərçivəsində 2 may tarixində verəcəyi konsert üçün məşhur Kopakabana çimərliyində səhnə qurmaqla məşğul idilər.

Hadisə zamanı çimərlikdə olan 51 yaşlı Antonio Marcos Ferreira dos Santos bildirib: “Birdən insanların qaçdığını gördük. 

Baxanda konstruksiyanın yerə yıxıldığını gördük. İnsanlar bir nəfərin altında qaldığını deyirdi. Onu xilas etmək üçün qaçdılar”.

Qəzaya baxmayaraq, Şakiranın 2 may şənbə günü Rio-de-Janeyroda səhnəyə çıxacağı gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью