Şakira və Pike məhkəmədə görüşəcəklər

08.10.2026

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kolumbiyalı müğənni Şakira və keçmiş futbolçu Jerar Pike oğulları ilə görüş qaydasını müzakirə etmək üçün Barselona məhkəməsində bir araya gələcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə "EL PAÍS" məlumat yayıb.

Məlumata görə, Şakira hesab edir ki, keçmiş futbolçu qısamüddətli tətil günlərini oğulları ilə Mayamidə keçirə bilər. Bununla da uşaqların tez-tez təyyarə ilə səyahət etməsinin qarşısını almaq mümkündür. Müğənni əmindir ki, saat qurşağının dəyişməsi oğullarının həyat tərzinə mənfi təsir göstərir.

Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə münasibətə başlayıblar. İki il sonra onların ilk övladı Milan, daha iki il sonra isə ikinci oğulları Saşa dünyaya gəlib.

Müğənni 2022-ci ilin yayında futbolçunun ona xəyanət etməsindən sonra ondan ayrılıb. Altı ay sonra Şakira keçmiş partnyoruna və onun yeni sevgilisinə mahnısında eyham vurub. 47 yaşlı müğənni ispandilli "qisas" mahnısında futbolçunun yeni münasibətinə istinad edib.

Hazırda məşhur müğənni oğulları ilə ABŞ-nin Mayami şəhərində yaşayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью