Şakiraya 55 milyon avro qaytarılacaq

18.05.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İspaniya məhkəməsi kolumbiyalı müğənni Şakira barəsində 2011-ci ildə vergi ödəməsi ilə bağlı çıxarılmış qərarı ləğv edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Milli Məhkəmə Kollegiyasının məlumatında deyilir.

Bildirilir ki, məhkəmə həmçinin müğənninin şikayətini təmin edərək, onun ödədiyi məbləğlərin, faizlərin və məhkəmə xərclərinin qaytarılması barədə qərar çıxarıb. Söhbət 55 milyon avrodan çox məbləğdən gedir.

Yeni qərara əsasən, Şakiranın 2011-ci ildə İspaniyada ölkənin vergi rezidenti sayılması üçün 183 gündən çox yaşadığı sübut olunmayıb. Hüquqi instansiya müğənninin həmin il krallıq ərazisində 163 gün yaşadığını müəyyən edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью