Sakit istirahət axtaranların üz tutmalı olduğu şəhərlər Reytinq

28.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Venesiya, Lissabon və Amsterdam dünyanın ən sakit turizm şəhərləri reytinqinə düşüb
Bizim.Media xəbər verir ki, 2027-ci il üçün hazırlanan dünyanın ən sakit turizm istiqamətləri reytinqinə Venesiya, Lissabon və Amsterdam başçılıq edib.
“Staysure” və “Avanti Travel Insurance” sığorta şirkətlərinin hazırladığı və “Euronews” tərəfindən dərc olunan siyahıda Barselona, Brüssel, Afina, Sürix, Milan, Florensiya və Stokholm da yer alıb.
Şəhərlər turistlərin sayına görə deyil, sakit istirahət üçün yaradılan şəraitə əsasən qiymətləndirilib.
Əsas meyar şəhər mərkəzindən iki kilometr radiusda avtomobillərin hərəkətinə tamamilə qadağa qoyulan küçə və yolların uzunluğu olub.
Həmçinin gecə saatlarında səs-küy qaydaları, hava limanlarında gecə reyslərinə və bazar günləri ticarətə qoyulan məhdudiyyətlər də nəzərə alınıb.
Reytinqdə xüsusilə İtaliya şəhərləri fərqlənib. Venesiya birinci yeri tutub, Milan və Florensiya da ilk onluğa daxil olub. Reytinq müəllifləri bunu piyada zonalarının genişliyi və avtomobil hərəkətinə qoyulan məhdudiyyətlərlə əlaqələndiriblər.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью