Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
ABŞ Geoloji Xidməti (USGS) Meksikanın Sakit okean sahillərində 7,3 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, USGS-in məlumatına görə, yeraltı təkanlar Meksikanın Aquiles Serdan şəhərindən 48 kilometr cənub-qərbdə qeydə alınıb.
Bildirilib ki, zəlzələnin ocağı Sakit okeanda, 15,2 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində dağıntı və ya insan itkisi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Aytən Yaşar/ Turkustan.az