Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiya Sakit Okeanda rekord dərinlikdə nadir torpaq metallarının kəşfini elan edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, JAMSTEC missiyası dərin dənizlərdə nadir torpaq ehtiyatlarının çıxarılması üçün dünyada ilk cəhddir.
Belə ki, Yaponiya hökuməti Sakit Okeanda dərin dəniz sınaq missiyasının 6000 metr dərinlikdə nadir torpaq elementləri olan çöküntü süxurları aşkar etdiyini açıqlayıb. Tokio qiymətli minerallar üçün Çindən asılılığını azaltmaq üçün dərin dəniz yataqlarının istismarı səylərini artırır.