Sakit Okeanda səs küylü ölüm 3 gəmi vuruldu

16.12.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ ordusu Sakit Okeanın beynəlxalq sularında narkotik qaçaqmalçılığı ilə məşğul olan üç gəmiyə zərbə endirib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

ABŞ Cənub Komandanlığı zərbə nəticəsində göyərtədəki səkkiz nəfərin öldüyünü açıqlayıb: "15 dekabrda Hərbi Katib Pit Heqsetin göstərişi ilə Birgə Əməliyyat Qrupu olan "Cənubi Nizə" beynəlxalq sularda terror təşkilatlarına məxsus üç gəmini vurub".

Pentaqon iddia edir ki, kəşfiyyat məlumatları gəmilərin Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu və narkotik qaçaqmalçılığında şübhəli bilindiyini göstərir. 

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью