Sakit okeanındakı Vanuatu adalarında vulkan püskürüb

25.08.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 25 avqust, AZƏRTAC

Yaponiyanın Meteorologiya Agentliyi Sakit okeandakı Vanuatu adalarında vulkan püskürdüyünü bildirib.

AZƏRTAC NHK kanalına istinadla xəbər verir ki, agentlik hazırda sunami təhlükəsini dəqiqləşdirir.

Vanuatu Sakit okeanın cənubunda vulkan mənşəli 83 adadan ibarət ölkədir. Vanuatuda hazırda bir neçə aktiv vulkan mövcuddur. Onlardan ən məşhuru Tanna adasında dəniz səviyyəsindən 361 metr yüksəklikdə Yasur dağındakı vulkandır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью