“Sako” ləqəbli TikToker həbs edilib

26.11.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

APA xəbər verir ki, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Sako” ləqəbli Sadiq İsmayılov saxlanılıb.

Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla S.İsmayılov 60 sutka inzibati qaydada həbs edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью