Şakro Molodoy Moskvanın bir nömrəli qanuni oğrusu nu statusdan saldı

06.06.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın bir nömrəli "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov ictimai şəkildə gürcüəsilli kriminal avtoritet Badri Koquaşviliyə ("Badri Kutaisi") etimadsızlığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Prime Crime" portalı məlumat yayıb.

Mənbə yazır ki, bu addım faktiki olaraq "Badri Kutaisi"nin Moskvada əsas qanun oğru olmaq statusundan kənarlaşdırılması deməkdir.

Qeyd olunur ki, iki kriminal avtoritet arasında qarşıdurma 2023-cü ilin yayında, "Şakro Molodoy"un həbsxanada cəza çəkdiyi zaman başlayıb. İddialara görə, "Badri Kutaisi" "Şakro Molodoy"un vaxtından əvvəl azadlığa buraxılmasına qəsdən mane olmağa çalışıb və bu, onların arasında münasibətləri soyudub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью