Salah: 40 yaşıma qədər oynaya bilərəm

28.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Liverpul"un futbolçusu Məhəmməd Salah gələcəyindən danışıb.

QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu 40 yaşına qədər karyerasını davam etdirə biləcəyinə inandığını deyib: 

“Özüm vidalaşmağa hazır olanda oynamağı dayandıracağam. Fikrimi soruşsanız, düşünürəm ki, 39 və ya 40 yaşıma qədər oynaya bilərəm. Amma bacarmadığımı hiss etsəm, karyeramı daha tez başa vuracağam. Mən çox şeyə nail olmuşam.

"Liverpul"la müqaviləm sona çatırdı və mən Səudiyyə Ərəbistanına gedəcəkdim. Lakin biz "Liverpul"la müqaviləni  yenilədik".

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da oynayır. Onun "mersisaydlılar"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью