Salah Anrini geridə qoyub

26.01.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Mohamed Salah İngiltərə Premyer Liqasında legionerlər arasında ən sərrast futbolçular siyahısında 2-ci pilləyə yüksəlib.

İdman.biz xəbər verir ki, misirli forvard 176-cı qolunu vuraraq Tyerri Anrini (175) arxada qoyub.

Cədvələ "Mançester Siti"nin keçmiş futbolçusu Serxio Aquero başçılıq edir. Argentinalı hücumçunun hesabında 184 top var. Salahın Serxionu ötməsi üçün daha 9 qol vurması tələb olunur.

Qeyd edək ki, 32 yaşlı futbolçu "İpsviç" (4:1) oyunda bir dəfə fərqlənib. Onun hesabında bu mövsümdə 19 qol və 13 ötürmə var.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью