Salah Avropa futbolunda tarix yazdı

16.10.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda “Trabzonspor” Finlandiyanın “KuPS” klubunu 4:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisinin misirli hücumçusu Məhəmməd Salah qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Football Tweet”in “X” sosial şəbəkəsində yaydığı məlumata görə, 34 yaşlı futbolçu tarixi nailiyyətə imza atıb. O, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər üçündə həm qol vuran, həm də məhsuldar ötürmə edən ilk futbolçu olub.

Qeyd edək ki, Salah karyerası ərzində “Liverpul”, “Roma”, “Fiorentina”, “Çelsi” və “Bazel” klublarının da formasını geyinib.

Danimarka millisini mundialda 1/4 finala çıxaran baş məşqçi vəfat edib “Fənərbaxça”nın tarixi məğlubiyyətlərində eyni ad – İsmail Kartal Mahrezin yeni klubu bəlli oldu - RƏSMİ “Difai”də yeni təyinat - RƏSMİ “Barselona” və PSJ eyni futbolçunu hədəfləyir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью