Salah bir daha “Liverpul” forması geyməyəcək?

09.05.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belə görünür ki, “Liverpul”un lideri Məhəmməd Salah bir daha mersisaydlıların şərəfini qorumayacaq – misirli İngiltərə çempionatının 34-cü turunun “Kristal Pelas”la oyununda (3:1) aldığı zədə üzündən biraylığa sıradan çıxıb.

“Liverpul” ötən şənbə “doğma divarlar” arasında Londondan olan “qartallar”la qarşılaşdı. Hər şey yaxşı gedirdi: ilk yarının sonunda hesab artıq 2:0 meydan sahiblərinin xeyrinə idi. Ancaq komandanın əsas ulduzunun zədələnməsi qələbəyə kölgə saldı – 58-ci dəqiqədə budunun arxa hissəsini tutan Salah qazona yıxıldı. Misirli meydanı tərk etməli oldu, özü də azarkeşlərin gur alqışları altında.
Fanatlar zədənin ciddi olacağından və bir müddət əvvəl mövsüm bitincə “Liverpul”dan gedəcəyini elan edən 33 yaşlı hücumçunun bir daha bu komandanın formasını geyə bilməyəcəyindən narahatdı. Teletranslyasiya kadrları həqiqətən də vida mərasimini xatırladırdı.
Təəssüf ki, fanatların narahatlığının əsası varmış. Misir yığmasının direktoru İbrahim Həsən publikaya acı xəbəri çatdırdı. Onun dediyinə görə, forvarda dizaltı vətərin qırılması diaqnozu qoyulub. Bərpa prosesinə dörd həftə gedəcək.
Belə çıxır ki, futbolçu “Liverpul”un bu mövsüm qalan bütün oyunlarını buraxacaq: “Çelsi” (9 may) və “Brentford” (24 may) ilə ev, həmçinin “Mançester Yunayted” (3 may) və “Aston Villa” (17 may) ilə səfər oyunlarını.
Bundan başqa, Salah, çox güman, mayın 28-də Qahirədə Misir və Rusıya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununda da iştirak edə bilməyəcək. Misir Futbol Assosiasiyasının idarə heyətinin üzvü Mustafa Əbu Zahranın bununla bağlı fikri:

“Düşünürük ki, Salah həmin yoldaşlıq oyunu üçün tam hazır olmayacaq. Ancaq oynaya biləcəyinə ümid edirik”.


Misirin futbol qurumunda hücumçunun qarşıdakı dünya çempionatına qədər tam hazır olacağı ilə bağlı böyük ümidlər var. Xatırladaq ki, “fironlar” mundialda Belçika, Yeni Zelandiya və İranla birgə G qrupunda mübarizə aparacaq.
Maraqlı məqam odu ki, Mo heç də zədəyəmeyilli fitbolçu deyil. “Liverpul”a keçdiyi gündən bəri heç vaxt zədə və ya xəstəlik üzündən bir aydan artıq müddətə sıradan çıxmayıb. Son 9 mövsüm ərzində klubun və yığmanın yalnız 22 oyununu buraxıb.
Bu üzdən azarkeşlər misirli ulduzun planlaşdırılan vaxtdan daha tez sıraya dönəcəyinə ümid edirlər. “Liverpul”un baş məşqçisi Arne Slotun dedikləri:

“Salah bir daha klubun şərəfini qoruyacaqmı? Bilmirik. Ancaq dəqiq əminəm ki, Mo bütün bu illər ərzində bədəninin qayğısına çox yaxşı qalıb, bu üzdən bərpa olunmaq üçün ona minimal dərəcədə az vaxt lazımdı. Hər şeyin ən yaxşısına ümid edirik”.


Xatırladaq ki, Salah indiyə qədər “Liverpul” formasında keçirdiyi 440 oyunda 257 qol vurub, 122 məhsuldar ötürmə verib. O, klub tarixinin bombardirləri siyahısında yalnız Rocer Hant (285) və İan Raşa (346) uduzmaqla 3-cü yerdə qərarlaşıb.
Hücumçunun mövsümün sonuna qədər sıraya dönüb-dönməyəcəyindən asılı olmayaraq, azarkeşlərin onunla lazımi şəkildə vidalaşmaq imkanı olacaq: mövsümün “Brentford”la son oyununun ardından misirli ulduzun vida çıxışı edəcəyi gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью