Salah: Biz müdafiə performansımızı yaxşılaşdırmalıyıq

23.12.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Liverpul"un vingeri Məhəmməd Salah Premyer Liqanın 17-ci turunda "Tottenhem" üzərində qələbədən (6:3) sonra fikirlərini bildirib. 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, misirli futbolçu komandasının müdafiə xəttindən bəhs edib:

"Hücumda yaxşı idik, amma müdafiə planında güclənməliyik. Üç qol buraxmaq yaxşı deyil. Bu, yaxşı nəticədir. Ümid edirəm ki, belə davam edə bilərik. Onların çıxışını gözləyirdik. Qələbə qazanmağı bacardığımız üçün şadam".

17 turdan sonra "Liverpul" Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью