Salah bunu bacaran birinci futbolçu oldu

24.02.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Liverpul” İngiltərə Premyer Liqasının XXIV turunda “Mançester Siti”ni məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın birinci qolunu Məhəmməd Salah vurub. Misirli hücumçu bu mövsüm qol+məhsuldar ötürmə sayında 40-ı keçib. O, 25 qol vurub, 16 məhsuldar ötürmə edib.

Salah Premyer Liqada iki fərqli mövsümdə qol+məhsuldar ötürmə sayında 40-ı keçən birinci futbolçu olub. O, daha əvvəl 2017/18 mövsümündə 32 qol vurub, 10 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью