Salah Cerrardın rekordunu təkrarladı

19.04.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Muhammed Salah mersisayd derbisində növbəti dəfə fərqlənib.

Sportal.az xəbər verir ki, "Liverpul"un vingeri "Everton" ilə oyunda fasiləyə qədər hesabı açıb. Misirli futbolçu 29-cu dəqiqədə qol vuraraq derbidəki qol sayını 9-a çatdırıb.

Bununla da Salah Steven Cerrardın rekordunu təkrarlayıb. Hər iki futbolçu Premyer Liqa tarixində mersisayd derbilərində “Everton”a qarşı 9 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью