Salah ÇL matçının ilk 6 dəqiqəsində...

18.09.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Məhəmməd Salah Çempionlar Liqasında (ÇL) yeni rekordun müəllifi olub.

“Liverpul”un hücumçusu İngiltərə klublarında ÇL matçının ilk 6 dəqiqəsində qol vuran və məhsuldar ötürmə edən ilk futbolçu olub. Bu haqda “Opta” məlumat yayıb.
Salah liqa mərhələsinin ilk turunda “Atletiko”nu 3:2 hesabıyla məğlub etdikləri matçın 4-cü dəqiqəsində Endryu Robertsona qol ötürməsi edib, 6-cı dəqiqədə isə özü qapıya yol tapıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью