Salah: “Danışsam, böyük problemlə üzləşəcəyəm”

08.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Misir millisinin futbolçusu Məhəmməd Salah DÇ-2026-da Argentinaya uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu hakimlərdən gileylənib:

“Hakimlik barədə çox danışmaq istəmirəm. Çünki danışsam, böyük problemlə üzləşəcəyəm. Bütün qərarların sənin əleyhinə verildiyini görmək kədərli və məyusedicidir. Üstəlik, söhbət dünya çempionatının həlledici oyunundan gedir”.

Misir 75 dəqiqəni 2:0 öndə olduğu matçın yekununda Argentinaya 2:3 hesabıyla uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью