Salah dünyanın ən çox qazanan oyunçusu ola bilər

28.01.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” “Liverpul”un hücumçusu Məhəmməd Salahı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Ben Yakobs sosial şəbəkə hesabında məlumat yayıb. “Əl Hilal” Neymarın yerini Salahla doldurmaq istəyir. Klub oyunçuya yüksək məbləğ təklif etməyə hazırlaşır.

Salah bunu qəbul etsə, dünyanın ən çox qazanan oyunçusu olacaq.

Məhəmməd bu mövsüm 32 oyunda 23 qol vurub, 17 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçunun hazırda dəyəri 55 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью