Salah əfsanələrin sırasına qoşuldu

02.02.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqada “Bornmut”la matçda penaltini dəqiq yerinə yetirərək İngiltərə çempionatının cari mövsümündə vurduğu qolların sayını 20-yə çatdırıb.

"Ölkə.az" xəbər verir ki, misirli karyerasında beşinci dəfə Premyer Liqa mövsümündə 20+ qol vurub. Salah Premyer Liqanın tarixində beş fərqli mövsümündə 20 və ya daha çox qol vuran beşinci oyunçu olub.

Salahdan əvvəl Alan Şirer, Tyerri Anri, Harri Keyn və Serxio Aquero bunu bacarmışdı. Siyahıya yeddi fərqli mövsümdə 20+ qol vuran Şirer başçılıq edir.(publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью