Salah ən yaxşı adına layiq görüldü

24.05.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasında 2024/25-ci illər mövsümünün ən yaxşı oyunçusu seçilib

2017/18 mövsümündə də bu ada layiq görülən misirli futbolçu Tyerri Anri (Fransa), Kriştiano Ronaldo (Portuqaliya), Nemanya Vidiç (Serbiya) və Kevin De Bruynenin (Belçika) nailiyyətini təkrarlayıb.

2024/25 mövsümündə "Liverpul"un heyətində Premyer Liqa çempionu olan Salah 37 oyununda 28 qol vurub və 18 məhsuldar ötürmə edib.

Almaniya millisinin üzvü “Bavariya”da çıxış edəcək Millimizin üzvü oynadı, komandası pley-offda uduzdu “Çelsi” braziliyalı forvardla maraqlanır Vardi La Liqa yolunda "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью