Salah ərəblərin radarında

11.02.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Əl-Nəsr" misirli vingerin xidmətində maraqlıdır.

Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, ərəblər Salaha həftəlik 1,2 milyon funt-sterlinq maaş təklif etməyi planlaşdırır. Bu isə 33 yaşlı oyunçunun İngiltərə klubunda aldığı məvacibdən 3 dəfə çoxdur.

Qeyd efək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Nyukasl"ın kapitanı "Real"ın HƏDƏFİNDƏ İngiltərə millisinin üzvü əməliyyat olundu - MÖVSÜMÜ BAĞLADI Mourinyo Portuqaliya millisində?! - MÜTƏXƏSSİSƏ YENİ DƏVƏT Türkiyə millisinin üzvü A Seriyası klubunda qalacaq Hansı oyun, hansı kanalda? - TV AFİŞA
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью