Salah: Heç vaxt belə atmosferdə oynamamışdım

01.10.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qalatasaray"a 0:1 hesabı ilə uduzduqları matçdan danışıb.

QOL.az xəbər verir ki, 33 yaşlı forvard oyunun çox çətin keçdiyini deyib və "Qalatasaray"ı təbrik edib:

"Həyatımda heç vaxt belə bir atmosferdə oynamamışdım. Diqqəti toparlamaq çox çətin idi. Səs-küy qulaqları kar edirdi və biz bunun öhdəsindən gələ bilmirdik. "Qalatasaray"ı təbrik edirəm".

Qeyd edək ki, "Qalatasaray" növbəti oyununu oktyabrın 22-də "Ayntraxt"a qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью