Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
Məhəmməd Salah karyerasını müsəlman ölkədə davam etdirmək niyyətindədir.
İdmanxeber.az xəbər verir ki, “Liverpul”dan ayrılacağı bildirilən misirli futbolçu özünə komanda axtarır. Məlumata görə, ayrılıq ehtimalı fonunda “Qalatasaray” rəhbərliyi Salahı yüksək maaş təklifi ilə razı salmağa çalışacaq.
Təcrübəli hücumçu hazırda bütün variantları dəyərləndirmə mərhələsindədir.
Qeyd edək ki, Salah daha əvvəl “Qalatasaray”ın “Liverpul”u 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra İlkay Gündoğana “Atmosfer həmişə belə olur?” deyə sual verərək tribunlardan heyranlıqla danışmışdı.