Salah: Klub məni avtobusun altına atıb | Icma.az
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Məhəmməd Salah “Liverpuldakı durumu haqda danışıb.
"Ölkə.az" xəbər verir ki, Mo klub rəhbərliyini özünə qarşı münasibətə görə tənqid edib.
Cinah oyunçusu “Lids” lə (3-3) oyunu ehtiyat oyunçular skamyasında keçirdi. O, əvvəlki iki oyunda da ehtiyatda qalmışdı.
“Bütün 90 dəqiqə ərzində ehtiyat oyunçular skamyasında olduğuma inana bilmədim. Bu, üçüncü dəfədir. Mən çox məyus oldum.
Bu illər ərzində, xüsusən də ötən mövsüm bu klub üçün çox şey etmişəm. İndi mənə elə gəlir ki, klub məni avtobusun altına atıb.
Mən elə hiss edirəm. Bəziləri bütün günahı məndə görür. Klub bu yay mənə çox söz verdi.
İndi isə ehtiyat oyunçular skamyasındayam, ona görə deyə bilərəm ki, onlar sözlərinin üstündə durmayıblar.
Slot ilə yaxşı münasibətim var idi. İndi ümumiyyətlə münasibət yoxdur və niyə belə olduğunu başa düşmürəm. Sanki kimsə məni klubda istəmir.
Tam oxu
Xəbəri oxu