Salah Liverpul da qalır Rəsmi

11.04.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Liverpul" futbolçusu Məhəmməd Salahla müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Misirli hücumçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin iyununa qədərdir. Son vaxtlar futbolçunun İngiltərə klubu ilə müqaviləni uzatmayacağı və mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı məlumatlar yayılırdı.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Salah bu mövsüm Mersisyd təmsilçisində ümumilikdə 45 oyuna 32 qol vurub, 22 qol ötürməsi edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью