Salah “Liverpul” ilə müqavilə müddətini uzatmağa yaxındır

08.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məhəmməd Salah “Liverpul” ilə yeni ikiillik müqavilə imzalamağa yaxındır.

Bu barədə “Mirror”un idman müxbiri Con Riçardson bildirib.

Misirli hücumçunun gələcəyi ilə bağlı bütün spekulyasiyalara son qoyacaq razılaşma klub və futbolçunun agenti Rammi Abbas arasında kompromis nəticəsində əldə edilib.

“Liverpul”un sahibi FSG holdinqi ənənəvi olaraq 30 yaşdan yuxarı oyunçularla uzunmüddətli müqavilələrə ehtiyatla yanaşır ki, bu da əvvəllər danışıqlarda çətinliklər yaradırdı. Lakin tərəflər qızıl ortanı tapa biliblər: Salahın agentinin təkid etdiyi üçillik müqavilə əvəzinə ikiillik müqavilə imzalanacaq.

Əməkhaqqı məsələsi qaldırılmayıb, çünki 32 yaşlı hücumçu artıq “Liverpul”un ən yüksək maaş alan oyunçusudur.

Xatırladaq ki, daha əvvəl “The Athletic” Məhəmməd Salahın “Liverpul” ilə müqavilənin müddətini bir il uzatmaq təklifini nəzərdən keçirməyə hazır olduğu barədə məlumat yaymışdı.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью