Qol.az saytına istinadən Icma.az xəbər verir. Salah "Liverpul"un sabahkı matçında meydana çıxacaq?
İngiltərənin "Liverpul" klubu Çempionlar Liqasının 7-ci turunda Fransa "Marsel"i ilə keçiriləcək səfər oyunu ərizəsini təqdim edib.
QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, baş məşqçi Arne Slot 20 futbolçunun adını siyahıya daxil edib.
Diqqətçəkən məqam Afrika Millətlər Kuboku matçlarından yeni qayıdan Məhəmməd Salahın heyətdə yer almasıdır.
Xatırladaq ki, qitə turnirindən əvvəl baş məşqçi ilə aralarında yaranan münaqişə səbəbindən misirli ulduzun bu görüşdə iştirakı sual altında düşmüşdü.
Qeyd edək ki, "Marsel" - "Liverpul" qarşılaşmasının start fiti sabah Bakı vaxtı ilə 00:00-da səslənəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.