Salah “Liverpul”da qalacaq özü açıqladı | Icma.az
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Liverpul”un hücumçusu Məhəmməd Salahın karyerasını “qırmızılar”ın düşərgəsində davam etdirib-etdirməyəcəyi hələlik aydın deyil.Bakıvaxtı.az xəbər verir ki, bu barədə misirli futbolçu “Sky Sports”a danışıb.“Biz hələ ondan uzağıq”, – o müqavilənin uzadılması məsələsini şərh edib.Salah bunu KİV qarşısında müzakirə etmək istəmədiyini vurğulayıb: “Bunun mediaya düşməsini və insanların cəfəng şeylər danışmasını istəmirəm, lakin, əslində, heç nə dəyişməyib”.“Hazırda komandama köklənmişəm və Premyer Liqanı qazanacağıma ümid edirəm”, – o vurğulayıb.Qeyd edək ki, cari mövsümdə Salah 26 oyunda 20 qol və 17 məhsuldar ötürmənin müəllifi olub.
Futbolçunun hazırkı klubu ilə əmək müqaviləsinin müddəti 2025-ci ilin yayında bitir.
Onunla yanaşı kapitan Vircil van Deyk və vitse-kapitan Trent Aleksander-Arnoldun da müqavilə müddətləri son çatır.Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının şəriksiz lideridir.
Arne Slotun yetirmələri son matçda “Vest Hem”i darmadağın ediblər. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu