Salah “Liverpul”da qalmaq istəyir

03.12.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul"un futbolçusu Məhəmməd Salah klubla müqaviləsini uzada bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Misirli hücumçunun klubla sözləşməsi 2025-ci ilin yayına kimidir. Salah özü "Liverpul"da qalmaq istəyir və müqaviləsinin uzadılmasına razıdır. Lakin hələ klubdan rəsmi təklif almayıb.

32 yaşlı futbolçunun adı bundan öncə PSJ ilə hallanırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью