Icma.az, Report.az saytına istinadən bildirir. “Liverpul”un hücumçusu Məhəmməd Salahın karyerasını “qırmızılar”ın düşərgəsində davam etdirib
“Report” xəbər verir ki, bu barədə misirli futbolçu “Sky Sports”a danışıb.
“Biz hələ ondan uzağıq”, – o müqavilənin uzadılması məsələsini şərh edib.
Salah bunu KİV qarşısında müzakirə etmək istəmədiyini vurğulayıb: “Bunun mediaya düşməsini və insanların cəfəng şeylər danışmasını istəmirəm, lakin, əslində, heç nə dəyişməyib”.
“Hazırda komandama köklənmişəm və Premyer Liqanı qazanacağıma ümid edirəm”, – o vurğulayıb.
Qeyd edək ki, cari mövsümdə Salah 26 oyunda 20 qol və 17 məhsuldar ötürmənin müəllifi olub.
Futbolçunun hazırkı klubu ilə əmək müqaviləsinin müddəti 2025-ci ilin yayında bitir.
Onunla yanaşı kapitan Vircil van Deyk və vitse-kapitan Trent Aleksander-Arnoldun da müqavilə müddətləri son çatır.