Salah Liverpuldan gedir Ronaldodan daha çox maaş alacaq

01.12.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Liverpul"un lideri Məhəmməd Salah komandadan ayrılmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, onun karyerasını Səudiyyə Ərəbistanında davam etdirməsinə dair fikirlər irəli sürülüb.

Bu barədə "The Daily Mail" məlumat yayıb.

Mənbəyə inansaq, futbolçu S.Ərəbistanın "Əl-Nəsr" klubunun formasını geyinə bilər.

Ulduz futbolçunun Kristiano Ronaldodan daha artıq maaş alacağı iddia edilib. Bildirək ki Ronaldodan klubunda illik 177 milyon funt-sterlinq qazanır. 

Qeyd edək ki, Slahın "Liverpul"lla müqaviləsi gələn ilin yanvarında bitir.

Tural
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью